Almaniyada casusluq şübhəsi ilə həbs olunan Ukrayna və Latviya vətəndaşları həbs edilibbackend

Zeit xəbər verir ki, Münhen prokurorluğu casusluq və təxribat aktları planlaşdırmaqda şübhəli bilinən iki kişi – Ukrayna və Latviya vətəndaşları barəsində həbs qərarı verib.

Məlumatda deyilir ki, şübhəlilərin Latviya nömrə nişanlı avtomobili 12 apreldə Almaniyanın cənubundakı A6 Autobahn avtomobil yolunda saxlanılıb. Kişilər Çexiya sərhədinə doğru gedirdilər. Axtarış zamanı onların üzərindən saxta şəxsiyyət vəsiqələri, kameralar, dron, GPS izləyiciləri, radiolar, bir neçə mobil telefon və SIM kart tapılıb.

Şübhəlilər casusluq və saxta sənədlərdən istifadə ittihamı ilə həbs ediliblər. Günahları sübut olunarsa, casusluğa görə beş ilə qədər, saxtakarlığa görə isə iki ilə qədər həbs cəzası ilə üzləşə bilərlər.