Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Ukrayna Rusiyada mülki əhaliyə qarşı hücumları artırmağa və humanitar vəziyyəti daha da pisləşdirməyə çalışır. Onun sözləri RİA Novosti agentliyinə istinadən xəbər verilir.
Diplomat brifinq zamanı qeyd edib ki, “Kiyev açıq-aydın mülki əhaliyə qarşı hücumları artırmağa çalışır və humanitar vəziyyəti qəsdən pisləşdirməyə yönəlmiş tədbirlər görür”.
Onun sözlərinə görə, Qərb Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya bölgələrinə hücumları ilə bağlı statistikanı görməzdən gəlir və hətta təhrif edir. Miroşnik vurğulayıb ki, BMT rəsmiləri də bu prosesdə iştirak edir.














