Bu səhər Pentaqon yaxınlığında iki sərnişin avtobusunun toqquşması nəticəsində ABŞ Hərbi Nazirliyinin on əməkdaşı xəsarət alıb.
Fox News Müdafiə Aktivlərinin Mühafizəsi Agentliyinin açıqlamasına istinadən xəbər verir ki, xəsarət alanların ümumi sayı 23-ə çatıb.
Yerli vaxtla təxminən səhər saat 7:20-də Omni Ride və Fairfax Connector avtobusları metro giriş yolunda toqquşub. Yaralanan 23 nəfərdən 18-i tibbi müayinə və müalicə üçün yerli xəstəxanalara aparılıb. Onların xəsarətlərinin ağırlığı və xəstəxanaya yerləşdirilənlərin vəziyyəti hələlik açıqlanmayıb.















