Reuters agentliyinin verdiyi məlumata görə, ətir və kosmetika istehsalçısı L’Oreal, Yaxın Şərq münaqişəsi səbəbindən təxminən 100 milyon avro itirib.
Hieronimus bildirib ki, “Yaxın Şərqdəki münaqişə birinci rübün gəlirlərinə təxminən 100 milyon avro təsir edib”.
Şirkətin 2026-cı ilin birinci rübünün nəticələri ilə bağlı rəsmi açıqlamasına görə, Cənubi Asiya, Sakit Okean, Yaxın Şərq, Şimali Afrika və Saharaaltı Afrikanı əhatə edən regionda gəlir artıb.
Ümumi artım ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% təşkil edib. Şirkət qeyd edib ki, satışlar əsasən onlayn platformalar vasitəsilə həyata keçirilir.












