30 il öncə əsası qoyulmuş Yeni Azərbaycan Partiyası bu müddət ərzində ölkəmizin inkişafı və formalaşmasında misilsiz rol oynayıbbackend

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan,ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 7-ci qurultayının keçirilməsindən bir il ötür. Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçımız İlham Əliyevin sədrliyi ilə keçirilən qurultayda qəbul edilən qərarlar və bu qərarlar əsasında bir il ərzində həyata keçirilən tədbirlər bir daha sübut edir ki, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasında, təkmilləşməsində hakim Yeni Azərbaycan Partiyası vacib və danılmaz rol oynayır.
30 il öncə əsası qoyulmuş Yeni Azərbaycan Partiyası bu müddət ərzində ölkəmizin inkişafı və formalaşmasında misilsiz rol oynayıb. Təsadüfi deyil ki, özündə səkkiz yüz minə yaxın üzvü cəmləşdirən partiya bu illər ərzində keçirilən bütün seçkilərdə parlaq qələbələr qazanıb. Bu da xalqımızın ölkəmizin hakim partiyasına güvəni və etimadının əyani sübutudur.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda siyasi hərc-mərclik fonunda müvafiq hakimiyyətin yarıtmaz siyasəti ölkənin gələcəyini sual altına atmışdı. Ölkəni qurtarmaq və onun inkişafına nail olmaq üçün güclü rəhbərə ehtiyac duyulurdu. Bu çətin və şərəfli məsuliyyəti Heydər Əliyev öz üzərinə götürdü. Qısa zaman kəsiyində ölkədəki hərc-mərclik aradan qalxdı, Azərbaycan qısa zaman kəsiyində böyük nailiyyətlər əldə etdi.
Ümummili lider Heydər Əliyevin 10 illik prezidentlik dönəmində ölkəmiz və regionun inkişafı üçün bir çox sahələrdə tarixi uğurlar qazanıldı, müqavilələr imzalandı.
Ölkə başçısı İlham Əliyev atasının yolunu layiqli şəkildə davam etdirməkdədir. 20 ilə yaxın müddət ərzində Azərbaycan nəinki regionda, o cümlədən dünyada öz mövqeyini göstərə bildi, inkişaf səviyyəsinə görə bir çox ölkələri qabaqladı.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun Vətən müharibəsində qazandığı qələbə ilə bağlıdır. 2020-ci ildə, 44 gündə qazanılmış qələbə təkcə 30 ilə yaxın davam edən işğala son qoymadı. Ərazi bütövlüyünü bərpaedən Azərbaycan regiona yeni reallıqlar gətirdi. Dövrünün ən böyük liderlərindən olan prezident İlham Əliyevin bu reallıqları ən başından nəzarətdə saxlaması, atdığı addımlar Azərbaycanı sadəcə dəyişikliklərə uyğunlaşdırmadı, bu dəyişiklikləri özü üçün avantaja çevirən qalib ölkə statusuna gətirdi.
Təbii ki, bugün ölkəmizdə əldə edilən yerli və beynəlxalq uğurların qazanılmasında Yeni Azərbaycan Partiyasının rolunu unutmaq olmaz. 1 il öncə 7-ci qurultayda İlham Əliyev də bu illər ərzində partiyanın göstərdiyi fəaliyyətdən, partiyanın əhəmiyyətindən bəhs edərək daha çevik və innovativ formada çalışmaqları barədə tövsiyə və göstərişlərini bildirdi. Hər zaman islahatlara açıq olan, ölkəmizin inkişafı üçün gecə-gündüz çalışan partiya sədrimiz məhz bundan sonra da hakim partiyanın tərəqqi və inkişafı barədə göstərişlər verdi, Yeni Azərbaycan Partiyası və Azərbaycan üçün əhəmiyyətli qərarlar qəbul edildi.
Ötən bir ilin nəticələri Yeni Azərbaycan Partiyasının həyatında təkcə struktur islahatları ilə yox, həm də yeni qəbul olunmuş proqram və əsasnamələrlə bağlıdır. İstər ölkə daxilində, istərsə də beynəlxalq arenada partiyanın fəaliyyətinin səmərəliliyin artırlması istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlandı.
6 siyasi partiyanın YAP-a qoşulması isə partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunu nümayişi, eyni zamanda ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yenilik oldu.
Dünənin, bugünün və gələcəyin partiyası olan, İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı şəkildə öz töhfəsini verəcəkdir.

Muxtar Nağıyev

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri