31 Mart- Soyqırımı günübackend

Azərbaycan xalqı ən qədim xalqlardan olmaqla yanaşı, tarixin ən güclü, mərt, dayanıqlı və cəsur xalqlarından biri olmuşdur. Lap qədim dövrlərdən etibarən şücaəti ilə seçilən azərbaycanlılar döyüş meydanında düşmənlərə diz çöktürürdülər. Bu igid xalqın yanlız kişiləri deyil, qadınları da mərd, qorxmazdır. Mədəniyyəti, incəsənəti, tarixi, mətbəxi dillərə dastan olmuş cəmiyyətin dostları qədər düşmənləri də çoxdur. Bu düşmənlərdən biri isə xüsusiylə seçilir: öz vandallıqları ilə azərbaycanlıların canına qəsd edən ermənilər. Bəli, minillər boyu çörəyimizə şərik olan, qərb qonşumuz, Qafqaz etnosu ermənilər Azərbaycalılara lap qədim dövrlərdən bəri xainlikləri ilə özlərini tanıtmışlar. Erməni xainliyinin sayı-hesabı yoxdur, amma keçən əsrin ilk illərindən qərb qonşularımız doğma torpaqlarımızın dörd bir yanında fəallaşmağa və qırğınlar törətməyə başladılar. XX əsrdə baş vermiş qırğınların qığılcımları 1905-ci ildə tarixə “Erməni- Tatar” münaqişəsi olaraq keçdi. Minlərlə günahsız insanın həyatına son qoyan bu münaqişə gələcək soyqırımının sadəcə kiçik bir nümayişi idi. Ara-sıra erməni və azərbaycanlı münaqişələri alovlanır, yenə də səngiyirdi. Lakin “Böyük Ermənistan” xülyası ilə yanıb-tutuşan erməni vandalları 1918-ci il martın 30-dan, aprelin 3-dək Azərbaycanın bir çox bölgəsində, o cümlədən, Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan, Zəngəzur, Xaçmaz, Lənkəranda qadın, uşaq, yaşlı, xəstə demədən qarşısına çıxan on minlərlə azərbaycanlınının ölümünə səbəb olan Mart Soyqırımını həyata keçirmişdi. Xalqımız o zaman da boyun əyməmiş, namərd düşmənə qarşı birlik olmuşdu, ölən günahsız kəslərin qanının heç bir damlasını da yerdə qoymamışdı.
2007-ci ildə Qubada tikinti işləri aparılan zaman təsadüfən kütləvi məzarlıq tapılmışdı. Aparılan araşdırmalar sonrasında məlum olmuşdu ki, məzar 1918-ci ilə aiddir. Məhz bu kütləvi məzar abidəsi necə bir düşmənə sahib olduğumuzun açıq-aşkar nümunəsidir. Məzarda olan sümükləri araşdırarkən insanların xüsusi zorakılıqla həyatlarına son qoyulduğu, onlara işgəncə verildiyi görülüb.
1998-ci martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Artıq üzərindən 104 il keçməsinə baxmayaraq Azərbaycan xalqı bu dəhşətli səhnəni hər il martın 31-də yada salır. Bizim və bizdən sonrakı nəsillərin borcu düşmənin bizə yaşatdığı bu dəhşətləri unutmamaq və qan yaddaşımızı dünyaya çatdırmaqdır.

Jalə Teymurlu

Yeni Azərbaycan Partiyasının fəal gənci