55 yaşlı ukraynalı şahmatçı blits üzrə dünya çempionatında məğlub olduqdan sonra göz yaşlarına boğuldubackend

55 yaşlı ukraynalı şahmatçı Vasili İvançuk Nyu-Yorkda keçirilən blits üzrə dünya çempionatında amerikalı qrossmeyster Daniel Naroditskiyə uduzduqdan sonra emosiyalarını saxlaya bilməyib.

Bu barədə RİA Novosti yazır.

İvançuk pley-off mərhələsinə yüksəlməyə yaxın idi, lakin Naroditski ilə oyun zamanı şahmatçı son oyununda narahat olmağa başladı, növbəti gedişi haqqında düşündü və vaxt qalmayanda taymeri sıxdı. Bu səbəbdən o, oyunu uduzaraq göz yaşlarına boğuldu. Məğlubiyyətdən sonra İvançuku həm rəqibi, həm də turnir təşkilatçıları dəstəkləyib.

Bu məğlubiyyətdən sonra ukraynalı şahmatçı daha iki oyunda məğlub olaraq pley-offa yüksələ bilməyib. Beləliklə, o, yeddi xal toplayıb və turnir cədvəlinin yekun 66-cı pilləsində qərarlaşıb.