6 ay komada olan Vətən müharibəsi iştirakçısı şəhid oldubackend

6 aydır komada olan Vətən müharibəsi iştirakçısı, 26 yaşlı Nurlan Əbilov şəhidlik zirvəsinə ucalıb.

Bu barədə “Qafqazinfo”ya şəhidin həyat yoldaşı Aydan Əbilova məlumat verib. Onun sözlərinə görə, N. Əbilov bu gün səhər saat 7:00-da şəhid olub. O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən itirib, anası isə 4 il öncə rəhmətə gedib. O, Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb, 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Yaralanandan da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

Şəhidin 3 və 5 yaşlarında iki oğlu var.