72 yaşlı fermeri 40 timsah parçalayıbbackend

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kambocada 72 yaşlı fermer 40 timsahın olduğu mühafizəyə düşüb və yırtıcılar tərəfindən parçalanıb.

Medianın məlumatına görə, Luan Nam əlində çubuq tutarkən timsahlardan biri taxta parçasını tutub və kişini dartıb. Fermer müvazinətini saxlaya bilməyib və yırtıcıların olduğu mühafizəyə düşüb və onlar dərhal ona hücum ediblər. Sürünənlər sözün əsl mənasında adamı parçaladılar.

Gələn polislər kişi meyitini ala biliblər. Zabitlər əlavə ediblər ki, Luanın qolu qoparılaraq timsahlar tərəfindən yeyilib. Bildirilir ki, Kambocadakı fermerlər tez-tez timsah yetişdirir və onların dərisindən müxtəlif məhsulların hazırlandığı Çin, Tailand və Vyetnamda alıcılara satırlar.

Mənbə: Milli.az