Qubada 76 yaşlı qadın dəm qazından boğulub.
Oxu.Az-ın məlumatına görə, 1949-cu il təvəllüdlü Nazilə Qaflan qızı Zeynalova özünə məxsus Quba şəhəri, Mirzəbaba Tahirov küçəsi 31 ünvanında yerləşən evinin hamam otağında yuyunarkən suqızdırıcıdan sızan dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.