Yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölübbackend

Xaçmaz rayonunda baş verən yol qəzasında xəsarət alan sürücü ölüb.

Oxu.Az-ın məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisində baş verən qəzada xəsarət alanlardan biri – 1986-cı il təvəllüdlü sürücü Tərlan Həsənbəyov xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, mayın 4-də adıçəkilən ərazidə hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan Bakı şəhər sakinləri – sürücü 1984-cü il təvəllüdlü Tərlan Həsənbəyov və onun oğlu, 2014-cü il təvəllüdlü R.H., Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Aynaxanım Balacayeva müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.