Pakistandakı məsciddə kamikadze özünü partlatdı

Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktı zamanı ölən şəxslərin sayı 28-ə çatıb.

Bu barədə yerli KİV məlumat yayıb.

Son məlumata görə, partlayış nəticəsində xəsarət alanların sayı 150 nəfərdir.

Qeyd edək ki, hələlik terrora görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Mənbə: Sky News

Oxşar xəbərlər