Argentinanın Miqrasiya Xidməti məhkəmə qərarı ilə hava limanında ilişib qalan hamilə Rusiya vətəndaşlarının ölkəyə buraxılmasına qərar verib.
İctimai.az xəbər verir ki, bu barədə TASS-a onlardan üçünün vəkili Kristian Rubilar məlumat verib.
“Bir saat əvvəl onların hamısının Argentinaya daxil olmasına icazə verildi” dedi.
Rubilar qeyd edib ki, miqrasiya xidməti məhkəmə qərarından sonra qərarını dəyişib. Daha əvvəl Argentinanın miqrasiya xidmətinin milli direktoru Florensiya Karinyano bildirmişdi ki, agentlik uşaq dünyaya gətirməklə bu icazəni almış, lakin ölkədə yaşamaq üçün qalmayan rusların yaşayış icazəsini dayandırmağa və ləğv etməyə başlayıb.
Mənbə: TASS
İctimai.az

