07/06/2026

Rusların qızıl külçələrinə yüksək tələbatının səbəbi

2022-ci ildə ruslardan qızıl külçələrə tələbat 2021-ci illə müqayisədə beş dəfə artaraq hər hansı digər ölkədəkindən daha sürətli artıb.

İctimai.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri Ümumdünya Qızıl Şurasının məlumatlarına istinadən yazıb.

Rusiyanın “Polymetal” mədən şirkətinin baş direktoru Vitali Nesis qızılın yüksək populyarlığını onunla izah edib ki, vətəndaşlar pullarına qənaət etmək üçün yol axtarırlar, avro və dollar isə qıtdır. “Biz geosiyasi qeyri-sabitlik yaşasaq da, qızıla tələbat əhəmiyyətli ola bilər” dedi.

Martın birinci yarısında Rusiya prezidenti Vladimir Putin fiziki şəxslər üçün investisiya qızılına ƏDV-nin ləğvi haqqında qanun imzalayıb.

Bu həftə RİA Novosti milli mərkəzi bankların məlumatlarına istinadən yazıb ki, Çin 2022-ci ildə ardıcıl 17-ci dəfə dünyanın ən böyük qızıl-valyuta ehtiyatlarının sahibi olub,

Rusiya isə dördüncü yeri tutub. Dekabr ayında maliyyə nazirinin müavini Aleksey Moiseev rusların qızıl alışına tələbinin 10 dəfə artdığını bildirib.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər