Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, hökumət ABŞ-dan 6 milyard dollar məbləğində qrant şəklində maliyyə vəsaitinin cəlb edilməsi barədə qərar qəbul edib.Bu barədə Ukrayna Nazirlər Kabinetinin bəyanatında deyilir.
“Müvafiq qrant Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən idarə olunan donor fondu vasitəsilə veriləcək” dedi Şmihal.
O qeyd edib ki, bu fond vasitəsilə bir sıra Avropa ölkələrindən 165 milyon dollar məbləğində qrant da veriləcək. Onun sözlərinə görə, vəsait sosial ehtiyaclara yönəldiləcək.
Mənbə: TASS
İctimai.az

