07/06/2026

Xiaomi 50 milyon Huawei istifadəçisini “topladı”

Xiaomi CEO-su Lu Weibing deyib ki, Çin texnoloji şirkəti Huawei son üç ildə ABŞ sanksiyaları səbəbindən 80 milyon istifadəçisini itirib.

Bu barədə MyDrivers portalı məlumat yayıb.

“Məndə olan məlumatlara görə, 50 milyon keçmiş Huawei istifadəçisi Xiaomi-yə, daha 20 milyonu Apple-a, 10 milyonu isə Honor-a keçib” deyib iş adamı.

Məqalədə Xiaomi CEO-nun belə məlumatları necə əldə etdiyi açıqlanmır. O, yalnız Huawei-nin tədricən smartfon bazarında əvvəlki gücünü bərpa etdiyinə diqqət çəkib.

Mənbə: Reuters

İctimai.az

Oxşar xəbərlər