Ukraynanın müdafiə naziri Reznikov onun müavinləri kimi üç namizəd irəli sürüb

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov müavinləri kimi üç namizəd irəli sürüb.

Bu barədə RBC-Ukrayna məlumat yayıb.

Qeyd olunur ki, nazir artıq namizədləri təsdiq üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə təqdim edib.

Birinci müavin vəzifəsinə general-leytenant Oleksandr Pavlyuk, rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşdırma üzrə müavin vəzifəsinə Vitali Deyneqa, Avropa inteqrasiyası üzrə müavin vəzifəsinə isə Andrey Şevçenkonun namizədliyi irəli sürülüb.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər