“Ərəb baharı”nın ildönümündə hakerlər Bəhreyn hava limanına hücum ediblər

Hakerlər Bəhreyn hava limanına bu ölkədə ərəb baharı çərçivəsində iğtişaşların başlanmasının ildönümündə hücum ediblər.

Əl-Tufan adlı hakerlər hava limanının ən azı yarım saat işləməyən internet saytına daxil olublar. Saytda məlumat əvəzinə, hakerlərin “məzlum Bəhreyn xalqımızın inqilabına dəstək olaraq” haker hücumu etdiklərini bildirən müraciət yerləşdirilib.

Eyni hakerlərin “Akhbar Al Khaleej” qəzetinin internet saytının sındırılmasına görə məsuliyyət daşıdığı güman edilir.

Mənbə: Bloomberg

İctimai.az

Oxşar xəbərlər