08/06/2026

Ukraynaya yardım fondu 630 milyon dollar artırılıb

Ukraynaya yardım üçün beynəlxalq fonda 630 milyon dollar köçürülüb.

Bu barədə Reuters məlumat verib.

Agentliyin məlumatına görə, Böyük Britaniya, Danimarka, İslandiya, Litva, Hollandiya və İsveç bu məbləğlə fondu doldurub.

Daha əvvəl Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bildirmişdi ki, Ukrayna bu il iqtisadiyyatı dəstəkləmək üçün 40 milyard dollardan 48 milyard dollara qədər vəsaitə ehtiyac duya bilər.Georgiyeva deyib ki, BVF hazırda Ukrayna üçün maliyyə proqramı hazırlayır. O, təşkilatın bu yolla ölkəyə “müharibə iqtisadiyyatı”nın aparılmasında dəstək verdiyini açıqlayıb.

Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısına gələrkən, Aİ xarici işlər nazirlərinin keçiriləcək iclasında Ukraynaya Avropa Sülh Fondundan silahların tədarükü ilə bağlı yeni təkliflər təqdim edəcəyini bildirib. fevralın 20-də Brüsseldə keçirilmişdir.

Mənbə: Reuters

İctimai.az

Oxşar xəbərlər