Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva dialoqa açıq olan Qərb ölkələrinin vətəndaşları ilə əməkdaşlığa hazırdır.
TASS xəbər verir ki, diplomat bunu fevralın 15-də Dövlət Dumasında çıxışı zamanı deyib.
“Razıyam ki, dost olmayan dövlətlərin vətəndaşları arasından bizimlə əlaqələri saxlamaq, bizimlə əlaqələri dərinləşdirmək istəyənlər – əslində onların sayı çoxdur – belə bir fürsət əldə etməlidir”, – Rusiya XİN rəhbəri bildirib.
Onun fikrincə, Qərbin bu cür nümayəndələri Rusiyaya dəvət edilməli, nəqliyyat mümkün olduqda onlarla başqa yerlərdə görüşlər keçirilməlidir.
Mənbə: TASS
İctimai.az

