“Çelsi”nin sahibi Todd Bouli naharda Paris Saint-Germain təmsilçisi Nasser Al-Khelaifi ilə görüşüb.
Bu barədə “Le Parisien” məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər PSJ-nin braziliyalı hücumçusu Neymarın London klubuna mümkün transferini müzakirə ediblər.”Çelsi”nin braziliyalı üçün 60 milyon avro ödəməyə hazır olduğu qeyd edilir.
Neymar bu mövsüm Parisdə 27 oyuna çıxıb, 17 qol vurub və 15 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Neymarın bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.
Daha əvvəl Neymarın PSJ-ni yalnız klub onu transferə çıxarmaq istəyəcəyi təqdirdə tərk edəcəyi bildirilirdi.
Mənbə: Lenta.ru
İctimai.az

