07/06/2026

Messi PSJ-nin məşqini buraxıb

Argentinalı hücumçu Lionel Messi Fransa “PSJ”sinin ümumi məşqini buraxıb.
Bu barədə jurnalist Mark Mechenua öz Tvitter səhifəsində məlumat verib.
Mənbənin sözlərinə görə, görkəmli argentinalı futbolçu fərdi işləyib. Messinin meydana çıxdığı son matç Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ-nin “Bavariya” ilə mübarizə apardığı (0:1) ilk oyunu olub.
 Beləliklə, Messinin Paris təmsilçisinin növbəti oyununda iştirakı sual altında qalır.

Oxşar xəbərlər