Zədələnmiş “Progress MS-21” kosmik gəmisinin orbitdən çıxarılması təxirə salınıb

İstilik idarəetmə sistemi nasaz olan “Proqres MS-21” kosmik gəmisinin orbitdən çıxarılması təxirə salınıb.

Bu barədə Roskosmosun Telegram kanalında məlumat verilib.

Dövlət korporasiyasının hesabatında qeyd olunur ki, “Proqres MS-21” yük gəmisinin xarici səthinin tədqiqi Beynəlxalq Kosmik Stansiyanın (BKS) Poisk modulundan çıxarıldıqdan sonra aparılıb. Vizual ziyan aşkar edilməyib.

“Proqres MS-21-in orbitdən çıxarılması təxirə salınıb. Bu gün Dövlət Komissiyası kosmik gəminin gələcək uçuş proqramı ilə bağlı qərar qəbul edəcək”, – Roskosmos bildirib.

Mənbə: Lent.ru

İctimai.az 

Oxşar xəbərlər