El Pais xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) korrupsiya araşdırmasına görə “Barselona”ya qarşı sanksiyalar tətbiq edə bilər.
Xatırladaq ki, ötən gün Kataloniya klubunun İspaniya Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya 1,4 milyon avro məbləğində ödənişin araşdırılması ilə bağlı məlumat yayılmışdı.
Bildirilir ki, korrupsiya faktı təsdiqlənərsə, o zaman UEFA “Barselona”nın qurumun himayəsi altında keçirilən turnirlərdə iştirakına qadağa qoya bilər.
Mənbə: Lent.ru
İctimai az

