ÇKP MK-nın Xarici Əlaqələr Komissiyasının (Çin Kommunist Partiyası Mərkəzi Komitəsi) ofisinin rəhbəri
Vanq Yi bildirib ki, Çin Ukraynadakı münaqişənin həlli ilə bağlı Pekinin təkliflərindən ibarət sənəd hazırlayır.
RİA Novosti xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransı zamanı çinli diplomat bildirib.
Cənab Vanq bildirib ki, sənəd ərazi bütövlüyünə və suverenliyinə hörmət, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiqlik, təhlükəsizliyə təhdidlərə ciddi yanaşmağa çağırış və böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri göstərməyə dair təklifləri özündə əks etdirəcək.
Pekin həmçinin nüvə müharibələrinin qəbuledilməz olduğunu və onlara qalib gəlməyin qeyri-mümkün olduğunu vurğulamaq, həmçinin nüvə fəlakətinə səbəb ola biləcək nüvə stansiyalarına və nüvə obyektlərinə hücumların yolverilməzliyini qəti şəkildə bəyan etmək niyyətindədir.
Mənbə: RİA Novosti
İctimai.az

