07/06/2026

Roskosmos: baş konstruktorlar fevralın 24-də “Soyuz MS-23” kosmik gəmisinin buraxılmasını tövsiyə ediblər

“Roskosmos” dövlət korporasiyası bildirib ki, “Energia” Raket və Kosmik Korporasiyanın baş konstruktorlar şurası dövlət komissiyasına fevralın 24-də səhər tezdən “Soyuz MS-23” kosmik gəmisinin buraxılmasını tövsiyə edib.

Bu barədə RİA Novosti xəbər verir.

“Baş Konstruktorlar Şurası dövlət komissiyasına fevralın 24-də Moskva vaxtı ilə saat 03:34-də Baykonurdan “Soyuz-2.1a” daşıyıcı raketi ilə “Soyuz MS-23” kosmik gəmisinin buraxılışını planlaşdırmağı tövsiyə edib”, – şirkət qeyd edib.

Mənbə: RİA Novosti

İctimai.az

Oxşar xəbərlər