07/06/2026

Çexiya prezidenti Ukraynanın Krımı ələ keçirmək planlarına qarşı çıxıb

Çexiya prezidenti Petr Pavel bildirib ki, Qərb Kiyevin Krımı ələ keçirmək planlarını dəstəkləməkdən çəkinməlidir.

Bu barədə Ukraynanın “Evropeyskaya Pravda” nəşri yazır.

Siyasətçinin fikrincə, Qərb Ukraynanın qələbəsi üçün Rusiyanın dağılmasının baş verə biləcəyi bu cür ssenarilərə töhfə verməməlidir.

“Rusiya dağılacaqsa, o zaman bizim daha çox problemimiz ola bilər, tərksilahla bağlı danışıqlar aparacaq heç kimimiz yoxdur”, – deyə Çexiya lideri vurğulayıb.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər