Yaponiya hökuməti Ukrayna prezidenti Vladimir Zelenskini Xirosimada keçiriləcək G7 sammitinə dəvət etmək imkanını araşdırır.
Bu barədə NHK məlumat yayıb.
Qeyd olunur ki, Dördtərəfli Təhlükəsizlik Dialoqu üzrə danışıqlar aparmaq üçün qarşıdan gələn sammitə Hindistanın baş naziri Narendra Modi və Avstraliyanın baş naziri Entoni Albanese də dəvət oluna bilər.
Bundan əvvəl G7 ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi, həmçinin üçüncü ölkələri Rusiyaya yardımı dayandırmağa çağırıblar.
Mənbə: Gazeta.ru
İctimai.az

