19/06/2026

Türkiyə İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı danışıqları bərpa etməyə hazırdır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə Ankarada keçirdiyi mətbuat konfransında Türkiyə tərəfinin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Bu barədə Bloomberg məlumat yayıb.

“İsveç parlamentimizi və xalqımızı razı salmaq üçün nə qədər tez hərəkətə keçsə, bir o qədər belə addımlar atılacaq”.

Əvvəllər xəbər verildiyi kimi, İsveçin baş naziri Ulf Kristersson bildirib ki, ölkə hakimiyyəti Türkiyənin Stokholm və Helsinkinin Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciətləri ilə bağlı danışıqları davam etdirmək niyyətini müsbət qiymətləndirir.

Mənbə: Bloomberg

İctimai.az

 

Oxşar xəbərlər