Finlandiyalı mobil oyun tərtibatçısı Rovio, Angry Birds kult layihəsinin tezliklə Google Play tətbiqlər mağazasından silinəcəyini elan edib.
Bu barədə studiyanın “Twitter” səhifəsində məlumat verilib.
“Biz Rovio Classics: Angry Birds oyununun biznesimizdəki rolunu yenidən qiymətləndirdik və layihənin geniş oyun portfelimizə təsirini nəzərə alaraq, fevralın 23-də oyunu Google Play Store-dan silmək qərarına gəldik”, – deyə məlumatda qeyd olunub.
Mənbə: Gazeta.ru
İctimai.az

