04/08/2026

İlon Maska davamçı axtarılır

Teslanın rəhbəri İlon Maska davamçı axtarıla bilər.

İctimai.az xəbər verir ki, bu barədə Teslanın uzun müddətdir investorlarından olan Ross Gerber açıqlamasında bildirib.

O, qeyd edib ki, insanların çoxu düşünür ki, İlon Mask bu dünyadan deyil, amma bu belə deyil. Tesla, Space X və Tvitter kimi böyük layihələri işləmək asan məsələ deyil və təbii ki, gərgin rejimdə çalışmaq onun sağlamlığı üçün zərərlidir.

Gerber qeyd edib ki, gələcəkdə Maska davamçı tapmaq olar və bu barədə digər səhmdarlar da etiraz etmirlər.

Mənbə: Bloomberg

İctimai.az

Oxşar xəbərlər