Amerikanın Microsoft şirkəti məşhur Edge brauzerinin 110-cu versiyasına daxili Secure Network VPN xidmətini əlavə edib, lakin hələlik yalnız bəzi istifadəçilər üçün.
Bu barədə “Dr Windows” portalı məlumat yayıb.
Qeyd olunur ki, funksiya Cloudflare ilə birgə həyata keçirilir. Pulsuz tarifdə istifadəçilərə xidmət vasitəsilə qorunan 1 GB-a qədər trafikə icazə veriləcək.
Microsoft qeyd etdi ki, ənənəvi VPN xidmətlərindən fərqli olaraq, Təhlükəsiz Şəbəkə IP ünvanını dəyişdirməklə regional məhdudiyyətləri keçmək üçün uyğun deyil.
Mənbə: Reuters
İctimai.az

