İsrailin xarici işlər naziri Eli Koen ölkəsinin Polşa ilə diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bildirib.
O, bu barədə i24NEWS telekanalına müsahibəsində danışıb.
“Biz Polşa hökuməti ilə razılaşmaya çox yaxınıq. Bu, münasibətlərin möhkəmləndirilməsində qarşılıqlı maraqdır”, – Koen bildirib.
Fevralın əvvəlində Polşa tərəfi İsrailə israilli məktəblilər üçün Auşvitsə xatirə turlarını bərpa etməyi təklif edib.
Qeyd edək ki, 2021-ci ildə ölkələr arasında münasibətlərin kəskinləşməsi ilə əlaqədar onlara xitam verilib.
Mənbə: TASS
İctimai.az

