2022-ci ilin avqust – 2023-cü ilin yanvar aylarında Avropa İttifaqı (Aİ) ölkələri üzrə qaz istehlakının həcmi son beş ilin eyni dövrünün orta göstəricisi ilə müqayisədə 19,3% azalıb.
Bu barədə məlumatı Eurostat-ın mətbuat xidməti öz saytında dərc edib.
Bəzi Aİ ölkələrində yanacaq istifadəsi beş illik orta göstərici ilə müqayisədə 50%-ə qədər azalıb.
Bu dövlətlərə Finlandiya (-57,3%), Litva (-47,9%), İsveç (-40,2%) daxildir.
Avropa ölkələri arasında ən az yanacaq sərfiyyatı İrlandiyada azalıb – 1%-dən az. İspaniyada bu göstərici 13,7%, Sloveniyada 14,2% azalıb. Həmişəkindən daha çox qaz Malta – 12%, Slovakiya – 5% istehlak edib.
İyulun ikinci yarısında Aİ ölkələrinin nümayəndələri qaz istehlakını 15% azaltmaq üçün fövqəladə plan barədə razılığa gəliblər.
Mənbə: Reuters
İctimai.az

