“Vikipediya” onlayn ensiklopediyasının saytına dünyanın bir neçə ölkəsində eyni vaxtda daxil olmaq mümkün deyil.
Bunu DownDetector portalının məlumatları sübut edir.
Saytın ABŞ, Rusiya və Avropa ölkələrində də “yıxıldığı” bildirilir. İstifadəçilər məqalələrə dəyişiklik edə bilməməkdən, hətta onlayn resursa daxil olmaqdan şikayətlənirlər.
Vikipediyaya daxil olmaq istəyərkən, “serverlərə texniki xidmət göstərildiyi və ya kəsilmələr olduğu” bildirilən xəta göstərilir. Səhifənin altındakı məlumata görə, uğursuzluğun səbəbi 503 səhvidir.
Mənbə: Gazeta.ru
İctimai.az

