G7 ölkələri Rusiya almazlarına qarşı tədbir görmək üçün əməkdaşlıq edəcək.
Bu barədə RİA Novosti Ağ Evin dərc etdiyi G7 dövlətlərinin liderlərinin bəyanatına istinadən xəbər verir.
“Rusiyanın almaz ixracından əldə etdiyi əhəmiyyətli gəliri nəzərə alaraq, biz emal olunmuş və kobud daxil olmaqla, rus almazları ilə bağlı gələcək tədbirlər üzərində birgə işləyəcəyik”, – sənəddə deyilir.
Bəyanatda həmçinin deyilir ki, G7 ölkələri Rusiyanın maliyyə sektoruna qarşı sanksiyaları, eləcə də onların fikrincə, “müharibə cinayətlərində” və ya insan hüquqlarının pozulmasında iştirak edənlərə qarşı məqsədyönlü məhdudiyyətlər tətbiq etməyə davam edəcək.
Mənbə: RİA Novosti
İctimai.az

