23/07/2026

“Yuventus” Mirançukun transfer ehtimalını dəyərləndirib

“Yuventus”un idman koordinatoru Frederiko Çerubini “Torino”nun rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançukun transferinin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Onun sözlərini “Sport-Ekspress” yayıb.

“Hazırda Mirançuk bizim hədəfimiz deyil” deyə Cherubini bildirib.

Mirançuk 2020-ci ilin sentyabrında Lokomotiv Moskvadan İtaliyanın Atalanta klubuna keçib. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Rusiyalı əsas komandada yer ala bilməyib və ötən yay icarə əsasında “Torino”ya keçib.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər