Şahzadə Harri “The Spare” adlı xatirə kitabının canlı yayımı zamanı pərəstişkarlarının suallarını cavablandıracaq.
Bu barədə “Mirror” məlumat yayıb.
4 mart 2023-cü ildə Sasseks hersoqu tanınmış psixoloq və ən çox satılan müəllif Dr Gabor Mate ilə canlı yayımda görüşərək, itkidən sonrakı həyatı və şəxsi sağalmanın əhəmiyyətini müzakirə edəcək. Şahzadəyə sual vermək istəyənlər 19 funt sterlinqə başa gələn yayıma bileti əvvəlcədən almalı olacaqlar.
“Bilet sahibləri canlı söhbəti izləyəcəklər; lakin canlı tamaşaçı iştirakı olmayacaq. Söhbət dayandırılacaq və əvvəllər göndərilən və canlı yayım üçün seçilən istənilən sual moderator tərəfindən oxunacaq “deyə şou elanında deyilir.
Mənbə: Reuters
İctimai.az

