Hava şəraiti Ukraynaya hücum planlarını poza bilər

Ukraynada yağış və erkən yazın gəlməsi münaqişənin hər iki tərəfinin irəliləyişinə mane ola bilər, çünki hava ölkənin şərqindəki əkin sahələrini palçığa çevirib.

Bu barədə “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, yazın əriməsi Rusiya və Ukrayna Silahlı Qüvvələrinin Ukrayna ərazisinə hücum planlarını poza, yolları çaylara, əkin sahələrini keçilməz bataqlığa çevirə bilər.

Nəşr onu da bildirir ki, Donetsk Xalq Respublikasında təmas xətti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin əsgərləri qəfil dəyişmiş hava şəraiti donmuş zəmini yumşalddıqdan sonra “çirkli səngərlərdə çöküblər”.

İctimai.az

Oxşar xəbərlər