“Barselona”nın fransalı hücumçusu Ousmane Dembele karyerasının əvvəllərində məşq etdiyi kluba maddi dəstək verib.
“Evre 27” Fransanın dördüncü divizionunda çıxış edir və maddi sıxıntı yaşayır.
25 yaşlı futbolçu kluba 100 min avro transfer edib. “Klub prezidenti Samuel Brigantino və Evre şəhərinin meri Qay Lefrank Ousmane Dembele-yə belə çətin vaxtda səxavətinə və kluba verdiyi dəstəyə görə minnətdarlıqlarını bildirirlər.
700-dən çox oyunçu mümkün olan ən yaxşı şəraitdə futboldan həzz almağa davam edir”, – klub sosial media hesabında bildirib.
Mənbə: GOAL
İctimai.az

