Xiaomi şirkəti smartfonu cəmi 5 dəqiqəyə dolduran 300 Vt sürətli şarj cihazını təqdim edib

Xiaomi, 200 Vt həddini aşan ilk brend olduqdan cəmi dörd ay sonra 300 Vt sürətli şarj ilə yenilənmiş Redmi Note 12 Discovery Edition smartfonunu təqdim edib.

Bu barədə GSMArena portalı məlumat yayıb. Şirkətdən verilən məlumata görə, smartfon 0-dan 100%-ə qədər beş dəqiqədən az vaxt ərzində enerji yığmaq qabiliyyətinə malikdir və 50%-ə qədər doldurulması üçün cəmi 2 dəqiqə 11 saniyə vaxt lazımdır.

Eyni zamanda smartfon 4100 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib və onun doldurulması laboratoriya şəraitində baş tutub.

Maraqlıdır ki, smartfon elan edilmiş 300 vata çatmır – batareyanın doldurulduğu maksimum güc 290 vattdan çox deyil.

Mənbə: Haberler.com

İctimai.az

Oxşar xəbərlər