“Paris Sen-Jermen”in və Fransa millisinin hücumçusu Kilian Mbappe Beynəlxalq Futbol Federasiyasının (FIFA) 2022-ci ilin simvolik komandasına daxil olmasını, həmçinin komanda yoldaşı Lionelin Messi ilə bağlı səsvermədə qələbəsini şərh edib.
“Evdə daha bir kubok. Lionel Messini təbrik edirəm, sən ən yaxşısan”, deyə fransız ulduz sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Messi ikinci dəfə “The Best” mükafatını qazandı. Mbappe səsvermədə ikinci olub. “Real Madrid”in hücumçusu Kərim Benzema üçüncü olub.
Mənbə: Fanatik
İctimai.az

