Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya lideri Kim Çen In ölkədə mümkün ərzaq qıtlığı qorxusu fonunda kənd təsərrüfatı istehsalında “radikal dəyişikliklərə” çağırıb.
Hakim Fəhlə Partiyasının mərkəzi komitəsinin plenar iclasında Şimali Koreya lideri kənd təsərrüfatının sabit və dayanıqlı inkişafı üçün yolların tapılmasının vacibliyini bəyan edib.
Kim Çen In “Kənd təsərrüfatı istehsalında inqilabi dönüş həyata keçirmək üçün Partiya Mərkəzi Komitəsinin sarsılmaz əzmini və iradəsini” ifadə edərək bildirib ki, partiyanın güclü rəhbərlik sistemi və vahid gücə malik olduğu müddətdə heç nə mümkün deyil.
Mənbə: Lenta.ru
İctimai.az

