ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi ola bilər.
The Hill yazır ki, bu barədə Respublikaçı senator Con Tun deyib.
Onun sözlərinə görə, son sorğular siyasətçinin namizədliyinin irəli sürülməsi üçün yaxşı şanslar göstərir.
“Düşünürəm ki, o, namizəd ola bilər, amma mən də düşünürəm ki, namizəd ola biləcək başqa insanlar da var.
Onun çox sadiq və sərt dəstək bazası var və digər namizədlər hələ də o qədər də tanınmayıb. ”deyə Tun bildirib.
Mənbə: Gazeta.ru
İctimai.az

