Bolqarıstan Prezidenti Rumen Radev bildirib ki, ölkə hakimiyyəti silahlı qüvvələrin modernləşdirilməsində ABŞ-a arxalanacaq.
Bu barədə Novinite.Com məlumat yayıb.
“Təhlükəsizlik və müdafiə təbii ki, effektiv tərəfdaşlığımızın əsas aspektlərinə çevrilib. Təkcə ikitərəfli əsasda deyil, həm də NATO çərçivəsində.
Biz Bolqarıstan ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün silahlı qüvvələrimizi modernləşdirməkdə ABŞ-a arxalanmağa davam edəcəyik” deyə Radev bildirib.
Mənbə: RİA Novosti
İctimai.az

