Sinqapur filialının həmtəşkilatçısı olan Almaniyanın Koelnmesse təşkilatı Rusiya Federasiyası şirkətləri üçün Tayland beynəlxalq THAIFEX – Anuga Asia 2023 ərzaq sərgisində iştirakdan imtina edib.
Bu barədə RİA Novosti Rusiyanın Tailanddakı ticarət missiyasına istinadən xəbər verir.
Tədbir bu il mayın sonunda Banqkokda baş tutacaq.
“Almaniya hökumətinin tədbirləri və tələblərinə uyğun olaraq, biz sərgilərimizdə Rusiya sərgi iştirakçıları ilə əməkdaşlığı növbəti xəbərdarlıq edilənə qədər dayandırırıq” deyə şirkətdən bildirilib.
Mənbə: RİA Novosti
İctimai.az

