22/06/2026

Azərbaycan ordusu Qarabağda erməni təxribatına cavab verib

Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər şəhər ətrafından güclü silah səslərinin gəldiyini bildirirlər.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan öz ərazisində erməni təxribatına qarşı əməliyyat keçirir.

Qeyd edək ki, Qarabağda baş vermiş istənilən təxribatın səbəbkarı Nikol Paşinyan və onun rəhbərlik etdiyi Ermənistan hökumətidir. Azərbaycanın suveren ərazisində heç bir əlavə separatçı silahlı dəstə, hansısa bir bölücü fəaliyyət yolverilməzdir.

Suveren Azərbaycan torpaqlarında separatçılıqla məşğul olan və təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan öldürülüb.

Leytenant David Ovsepyan isə yaralanıb.

Oxşar xəbərlər