Britaniyanın 2050-ci ilə qədər tullantıları sıfıra endirməli olan enerji siyasəti hakimiyyət orqanlarının qalıq yanacaqlardan istifadəyə qayıtmağa başlaması ilə iflasa uğradı.
Bu barədə The Telegraph yazır. Nəşr qeyd edib ki, Britaniyanın enerji siyasəti tam bir fəlakət olub və olaraq qalır.
İlkin planlara əsasən, ölkə 2050-ci ilə qədər sıfır emissiyaya nail olmağı hədəfləyirdi ki, bu da bərpa olunan mənbələrə diqqət yetirməyi tələb edir. Ancaq indi hökumət, bəyan etdiyi məqsədlərinin əksinə olaraq, təmiz layihələrin çox uzun sürdüyü üçün qısa müddətdə enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün daha çox qalıq yanacaq tələb olunacağını iddia edir.
Mənbə: The Telegraph
İctimai.az

