Litva gömrük xidməti nasazlıq səbəbindən Kalininqrad vilayətindən yük maşınlarının keçidini dayandırıb

Kalininqrad vilayəti gömrük idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, aprelin 2-də Litva gömrük məlumat sistemlərində yaranan nasazlıq səbəbindən Kalininqrad vilayətindən yük maşınlarının keçidini dayandırıb.

Bu barədə TASS məlumat yayıb.

“Aprelin 2-də Litva gömrük məlumat sistemlərində yaranan nasazlıq səbəbindən Kalininqrad vilayətindən Litvaya yük avtomobillərinin keçidini dayandırıb.

Hazırda avtonəqliyyat vasitələrinin qəbulu və qeydiyyatı aparılmır”, – deyə gömrük idarəsindən bildirilib. Bildirilir ki, Kibartay keçid məntəqəsinin normal fəaliyyətinin bərpa olunacağı vaxt daha sonra açıqlanacaq.

İctimai.az

Oxşar xəbərlər