ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton hesab edir ki, Donald Trampın ittiham aktı son nəticədə keçmiş prezidentə kömək edə bilər və onun Respublikaçılar Partiyasından namizədliyini təmin etmək üçün “raket yanacağı” ola bilər.
Bolton bu barədə CBS telekanalında məlumat verib.
“Mən Alvin Braqqın (Manhetten rayon prokurorunun) Donald Trampı incitməsindən narahat deyiləm. Mən narahatam ki, Alvin Braqq Donald Trampa xeyir verib”, – Bolton bildirib.
Onun fikrincə, ABŞ-ın keçmiş rəhbəri bəraət qazanarsa və ya iş bağlanarsa, bu, Trampın namizədliyi üçün “raket yanacağına” çevriləcək.
İctimai.az

